Ayətullah Hacı Şeyx Cavad Fazil Lənkəraninin mürtədliklə bağlı fiqhi hökm ətrafındakı şübhələrə cavabı

29 March 2024

17:36

۷,۵۸۲

چکیده :
Bağışlayan və mehriban Allahın adı ilə!

İmam Əli (ə) buyurmuşdur: “İlahi peymanların pozulduğunu görüb qəzəblənmirsiniz, ancaq (ilahi əhdü-peymanların müqabilində heç bir əhəmiyyəti olmayan) atalarınızın peymanlarının pozulmasına razı deyilsiniz və bunu biabırçılıq sayırsınız” (“Nəhcül-bəlağə”, xütbə: 106).
نشست های علمی

 

Bağışlayan və mehriban Allahın adı ilə!


 

İmam Əli (ə) buyurmuşdur: “İlahi peymanların pozulduğunu görüb qəzəblənmirsiniz, ancaq (ilahi əhdü-peymanların müqabilində heç bir əhəmiyyəti olmayan) atalarınızın peymanlarının pozulmasına razı deyilsiniz və bunu biabırçılıq sayırsınız” (“Nəhcül-bəlağə”, xütbə: 106).

İmam Xomeyninin (r.ə.) Salman Rüşdinin mürtədliyi və qətlinin vacib olması ilə bağlı hökmünün, eləcə də böyük şiə mərcəi-təqlidi həzrət Ayətullah əl-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkəraninin həm “mürtəd”, həm də “Peyğəmbəri (s) söyən” kimi Rafiq Tağının qətlinin vacibliyi haqqındakı hökmünün ardınca son zamanlar mənə məktublar gəlir.

Məktublardan birində hövzə keçmişinə malik, bir neçə əsərin müəllifi mürtəddin qətl hökmü ilə bağlı bir sıra elmi məsələlərə, fiqhi iradlara işarə vurur. Əslində bu iradlar yeni deyil, köhnə iradlardır. Mən gözləyirdim ki, o, daha yeni məsələləri önə çəksin və daha ciddi bəhsləri müzakirəyə çıxarsın. Hər bir məktuba ayrıca cavab yazmaq imkanım olmadığı üçün üzr istəməklə yanaşı ümumi bir cavab verməyi məqsədəuyğun hesab etdim. Ümidvaram ki, dinə, məntiqə, əsaslandırmaya azacıq könül vermiş insanlar gerçəyi duyacaq və etiraf edəcəkdir.

Öncə bu məsələni diqqətinizə çatdırmağı lazım bilirəm ki, heç bir mömin və müsəlman insan başqa bir insanın yolunu azmasına, onun aqibətinin pis olmasına sevinmir. Heç bir müsəlman adi halda bir insanın öldürülməsinə sevinmir. Əksinə, sevindirici hal Allah hökmünün icrası, ilahi göstərişə itaətdir. Məsum imamların (ə), xüsusilə İmam Hüseynin (ə) dürlü kəlamlarında dinin məqsədlərindən biri kimi göstərilən mühüm bir məsələ “ilahi cəza tədbirlərinin” icrasıdır. Bu, təkid olunan məsələlərdən biridir və bir çox maddı, mənəvi bərəkətlərə səbəb olur.

Qütb Ravəndi “Lübb əl-lübab” kitabında Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Yer üzündə ilahi cəza tədbirlərindən birinin icra olunması, altmış ilin ibadətindən daha yaxşı, daha xalisdir”.

Təfsilatlı (geniş) cavabdan öncə aydın şəkildə bütün müsəlmanlara, bildirmək istəyirəm ki, mürtədin qətlinin vaciblik hökmü keçmiş və son fəqihlərin heç birinin tərəddüd etmədiyi, əhli-sünnə və şiə arasında yekdil hökmlərdəndir. Yalnız son dönəmdə bir neçə alim bu məsələyə şübhə ilə yanaşmışdır və onların sayı bir əlin barmaqlarının sayından çox deyil. Bu, yüzlərlə keçmiş və müasir alimlərlə müqayisə olunası deyil. Bu hökm diqqətinizə çatdıracağımız izahla dinin zəruri hökmlərindən hesab olunur. İctihad əhli bilir ki, dinin zəruri məsələlərində ictihada yer yoxdur.

Biz uca səslə və iftixarla hamıya bildiririk ki, dəyəri və həqiqəti olan Allahın qanunudur. Onun qarşısında heç bir qanunun, heç bir bəyanatın dəyəri yoxdur. Allahdan başqa heç bir qrupun, heç bir şəxsin qanun təyin etmək hüququ yoxdur. Yalnız Allah bəşəriyyət üçün qanun təyin edə bilər. Bütün dünya müsəlmanları bilsinlər ki, mürtədin qətlinin vacibliyi qəti ilahi qanundur. Bu, Peyğəmbərin (s), Əmirəlmömininin (ə), eləcə də sonrakı dönəmlərdə icra olunmuşdur.

İndi isə bu məsələnin müxtəlif elmi mehvərlərini qisaca nəzərdən keçiririk. Bu bəhsdə altı mehvərdə bir sıra mətləbləri yığcam şəkildə diqqətinizə çatdırırıq:

Birinci mehvər: Mürtədin qətli və Quran;

İkinci mehvər: Mürtədin qətli və rəvayətlər;

Üçüncü mehvər: Mürtədin qətli və qanunsuzluğun yayılması məsələsi;

Dördüncü mehvər: Mürtədin qətl hökmü dinin süstləşməsinə səbəb olurmu?

Beşinci mehvər: Cəza tədbirlərinin icrası məsumun (ə) olması ilə şərtlənirmi?

Altıncı mehvər: Mürtədin qətlinin vacibliyi Rəsuli-əkrəmin (s) rəhmət peyğəmbəri olması ilə uyğun gəlirmi?

 

Birinci mehvər: Mürtədin qətli və Quran.

 

1. Bəziləri güman edirlər ki, mürtədin qətl hökmünün Qurana əsaslanan heç bir dəlili yoxdur. Daha irəli gedərək bildirmişlər ki, bu məsələ Quran ruhu ilə uyğun gəlmir. Fikrimizcə, bu güman bir qrup əhli-sünnə alimlərindən başlanmışdır. Müqəddimə olaraq qeyd edək ki, doğrudur, Quranda mürtədin qətlinin vacibliyi ilə bağlı tam aydın ayə yoxdur. Əgər biz mürtədin qətlinin vacibliyi ilə bağlı yalnız bu ilahi kitaba istinad etsək, rəvayətləri, icmanı, hətta zərurəti belə bir kənara qoysaq, onun sübutu çətindir. Amma bir neçə məsələyə diqqət yetirmək lazımdır:

Birinci məsələ: Tarix boyu heç bir fəqih və ya təfsirçi bu məsələ ilə bağlı Qurana əsaslanmamışdırmı? Mürtədliyin hökmünü inkar edənlərin ibarələrindən anlaşılır ki, guya tarix boyu əsas etibarı ilə heç bir alim mürtədin qətlinin vacibliyi ilə bağlı Qurana istinad etməmişdir. Bu baxış bəzi müxaliflərin Quran ayələrinə tam diqqət etməməsi, bəzilərinin məlumatının azlığı, bəzilərinin isə elmi zəifliyindən qaynaqlanır. Məsələnin aydınlaşması üçün demək lazımdır ki:

 

A) “Bəqərə” surəsinin 54-cü ayəsindən istifadə etmək olar ki, mürtəd qətlə layiqdir. “O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: “Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü (buzovu tanrı bilən adamlarınızı) öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir!” – demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır”.

Bəni-İsrailin böyük əksəriyyəti Firon qoşunundan xilas olduqdan, onlara qələbə çaldıqdan və həzrət Musa (ə) “Tur” dağına lövhələri almaq üçün getdikdən sonra Samirinin buzovuna sitayiş etməyə başladı. Tövhiddən xaric oldular. Sonra həzrət Musa (ə) onlara buyurdu: “Siz bu azğınlığınız səbəbilə özünüzə zülm etmisiniz. Tövbə etməli və bir-birinizi qətlə yetirməlisiniz”. Bu qətldə məqsəd nəfsi öldürmək, nəfslə, ehtiraslarla mübarizə aparmaq deyil. Əksinə, məqsəd həqiqi qətl, yəni öldürmək, ruhu cisimdən ayırmaqdır. Məlumdur ki, burada qətl fərmanı Allah-Taala tərəfindən verilmişdir. Bunun səbəbi Bəni-İsrailin o qədər möcüzələri, nişanələri müşahidə etdikdən sonra mürtəd olması, dindən çıxması idi.

Bu ayədən bəlli olur ki, birincisi, yəhudilər arasında mürtədlik, dindən çıxmaq qətlin mövzusudur. Belə bir məsələnin cəzası qətldir. İkincisi, keçmiş şəriətlərin hökmlərini “istishab”[1] qaydası ilə İslam şəriətində də doğru hesab edə, nəsxi (keçmiş hökmün qüvvədən düşməsi, ləğv olunması) bir kənara qoya bilərik. Bəli, kimsə “istishabı” qəbul etməsə, yalnız birinci məsələ ilə kifayətlənməlidir. Amma bu qədəri müddəanı müqayisə etmək üçün kifayətdir.

Alusi “Ruhul-məani”[2] təfsirində yazır: “Qətl, ya bu xüsusi qrupun tövbəsi olmuşdur, ya da ümumiyyətlə Musa (ə) şəriətində mürtədin tövbəsi mütləq mənada qətl olmuşdur”.

Sözügedən ayənin izahı ilə bağlı İmam Əlidən (ə) nəql olunan bir hədisdə oxuyuruq: “Bəni-İsrail həzrət Musadan (ə) soruşdu: “Bizim tövbəmiz hansı şəkildə olmalıdır?” Həzrət Musa (ə) buyurdu: “Buzova sitayiş edənlər hər biri digərini öldürməlidir”. Belə ki, bəziləri öz qardaşlarını, atalarını, övladlarını qətlə yetirdilər. Nəhayət, Allahdan əmr gəldi ki, bu işi saxlayın!”[3]

Burada irəli sürülə biləcək digər bir fikir isə budur ki, sözügedən ayə qrup şəklində mürtəd olanlara aiddir və bu hökmü bir şəxsin mürtəd olmasına aid etmək olmaz. Lakin “tövbə edin” ifadəsindən aydın olur ki, hər birinin tövbəsi ayrı-ayrılıqda vacib idi. Nəticədə isə hər bir şəxsin mürtəd olması qətlə layiq olması üçün mövzu idi.

B)  Fəxr Razi “Təfsiri-kəbir” də “Bəqərə” surəsinin 217-ci ayəsini izah edərkən yazır: “Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!” Əməllərin dünyada heçə getməsində məqsəd budur ki, o (mürtəd) ələ keçirildikdə öldürülməlidir. Ələ keçməsi mümkün olmadıqda isə onunla döyüşmək lazımdır ki, ona qələbə çalınsın. Həmçinin möminlər ona kömək edə bilməzlər. Onun arvadı ondan öz-özünə, talaqsız ayrılır və ona, müsəlmanlardan irs payı çatmır”[4].

 

Məlumdur ki, Fəxr Razi əməllərin dünyada puça çıxmasının mütləq mənasından belə bir nəticə çıxarmışdır. Onun geniş mənası hətta onun öncə pak və hörmət dairəsinə salan, qanını haram edən iki şəhadəti və İslamı da əhatə edir. Əməllərin puça çıxması ilə istər sözlə, istərsə də əməli olaraq gördüyü bütün işlər etibardan düşür. Bəzi mötəbər rəvayətlərdə İmam Sadiqdən (ə) nəql olunur: “La ilahə illəllah şəhadəti və Allahın elçisini (s) təsdiq etmək qanı hörmətə mindirir. Onunla nikahlar və miraslar sabitləşir”. Hədisin mənası budur ki, bu şəhadət olmadıqda artıq qanın hörməti olmur (insanın öldürülməsi icazəli olur), nikahlar pozulur, mirasdan pay çatmır.

Mərhum Mühəqqiq Xoyi “Tənqih” əsərində yazır: “Çoxlu sayda rəvayətlərimiz göstərirlər ki, İslamda, qanın hörmətində, miras və nikahın icazəli olmasında meyar tövhidə və Peyğəmbərin (s) nübüvvətinə şəhadət verməkdir. Bəlkə buna görə də Şeyx Tusi fitva vermişdir ki, əgər bir müsəlman həcc əməllərini yerinə yetirsə, sonra mürtəd olsa (dindən çıxsa), onun həcci batildir. Əgər yalnız bu ayəni mütləq mənada başa düşsək, Şeyx Tusi haqlıdır”.[5]

Bu əsaslandırmada iki suala cavab verməliyik:

 

Birinci sual: Kimsə əməllərin puça çıxmasının əməllərin yalnız axirət mükafatı və savabı baxımından batil olması mənasını daşıdığını, dünyəvi cəza ilə heç bir əlaqəsi olmadığını desə, ona cavab olaraq deməliyik ki, bu insafdan uzaqdır. Çünki Allah namaz, oruc, ibadətlər, nikah və dini rəngi olan digər əməllərin hamısnı, həmçinin İslama, tövhidə, nübüvvətə şəhadəti mürtədlik səbəbilə batil hesab edir. Onun batil olmasını həm dünyaya, həm də axirətə aid edir. Bunun zəruri şərti budur ki, əməllərin dünyada puça çıxmasını dünya cəzaları kimi izah edək.

Başqa sözlə desək, əməllərin puça çıxmasında məqsəd yalnız axirət mükafatı olan yaxşı əməllərin heçə getməsi deyil ki, ayədə sözügedən “həbt” sözünü əməllərə axirət savabı verilməməsi kimi başa düşək. “Həbt”in mənası budur ki, sanki heç bir əməl etməmiş, heç bir şəhadət verməmiş və bu günədək onu hörmətə mindirən səbəblərin heç biri olmamışdır. Səbəbin aradan qalxması ilə artıq onun heç bir ehtiramı qalmır və bu, dünyada cəzalandırılmağa layıqlık üçün mövzu olur. Başqa sözlə desək, əgər ayənin və dünyada əməllərin heçə getməsinin qətl mənasını vermədiyini qəbul etsək də dünyəvi cəzanı ayəyə uyğun məna olaraq, yaxud adi mənada qəbul edirik. Mürtədin qətlinin vacibliyinə qarşı çıxanlar iddia edirlər ki, Quran mürtədlə bağlı heç bir dünyəvi cəzadan söhbət açmamışdır. Heç bir ayə nə aydın şəkildə, nə də sətri məna etibarı ilə bu məsələyə dəlalət etmir. Yuxarıdakı əsaslandırma isə onların bu iddiasını tam rədd edir.

“Kənzüd-dəqaiq” təfsirində deyilir: “Məqsəd İslamın onlara verdiyi dünyəvi faydalardır.”[6] O da ayədən dünyəvi faydaların aradan qalxmasını başa düşmüşdür. Bu, dünyəvi cəza ilə şərtlənir. Yəni, əməllərin dünya və axirtədə heçə getməsi belə geniş bir məna ifadə edir. Rəvayətlərdə məstedici içkilər içmək, zina etmək və başqa bu kimi haram əməllərin haqqında əməlin heçə getməsi ifadəsi işlənmişdir. Amma ehtimal ki, əməllərin dünya və axirətdə heçə getməsi yalnız mürtədlik haqqında işlənmişdir və bu, qeyd-şərtsiz, geniş mənada belə nəticələri əhatə edir.

 

İkinci sual: Uyğun ayədə “ölüm” qeydi var. Ayədə oxuyuruq: “Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri dünya və axirətdə heçə gedər”. Bu qeydə görə, dünya və axirətdə əməllər o zaman heçə gedər ki, bir nəfər mürtəd olsun və bu mürtədlik onun ölümünədək davam etsin və bu halda da dünyadan köçsün. Demək, bu ayədən sırf mürtəd olmağın əməllərin heçə getməsinə səbəb olması, dünya və axirətdə müəyyən nəticələr doğuracağı mənasında başa düşmək olmaz.

Cavab: Birincisi, bəzi başqa ayələrdə də sırf şirk və mürtədlik ölüm qeydi olmadan əməllərin heçə getməsinin səbəbi kimi göstərilmişdir: “Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı”.[7] Digər ayədə oxuyuruq: “İmanı dananın bütün işləri boşa çıxar”.[8] Üsul elminə görə mütləqi müqəyyədlə əlaqələndirmək qaydası hər iki ünvan müsbət olduqda cərəyan etmir və bunlar arasında ziddiyyət yoxdur. Nəticə budur ki, söhbət açdığımız ayə mürtədin nümunələrindən birini bəyan etmişdir. Amma küfr halında ölmək Allahın məqsədində və nəzərində heç bir xüsusiyyətə malik deyil.

İkincisi, tutaq ki, burada mütləq və müqəyyəd qaydası cərəyan edir deyə qəbul etdik. Amma bu o haldadır ki, qeyd qaçılmaz bir xarakter daşısın. Halbuki burada sözügedən qeyddə məqsəd tövbə etməməkdir. Yəni, kim mürtəd olsa, sonra tövbə etməsə, bu hökmlər ona aid olur.

Üçüncüsü, əgər bu sözləri qeyd olaraq qəbul etsək, o zaman əməllərin dünyada puça çıxmasının bir mənası olmayacaq. Halbuki ayə mürtədin əməllərinin bu dünyada puça çıxacağını göstərir. Buna görə də əməllərin puça çıxmasının aktuallaşması üçün deməliyik ki, meyar mürtəd olub tövbə etməməkdir. Əgər ölüncəyədək ona hər hansı bir hökm icra etmək olmaz desək, o zaman yenə əməllərin dünyada heçə çıxması heç bir məna ifadə etməyəcək.

C) Şəmsud-din Sərəxsi “Məbsut” kitabında mürtədin qətlinin vacib olması ilə bağlı “Fəth” surəsinin 16-cı ayəsinə istinad etmişdir.[9]

D) Mərhum Şəhid Sani “Məsalikul-əfham” kitabında mürtədliyi küfrün ən aydın növlərindən, əzab və əhkam baxımından ən pis, ən çirkin, ən kəskin və şiddətli qisimlərindən hesab etmiş və məsələ ilə bağlı iki ayəyə işarə etmişdir ki, onlara istinad etdiyi anlaşılır: “Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!”[10] “Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!”[11] Sonra Peyğəmbərdən (s) nəql olunan bir hədisə istinad edir. Hədisdə deyilir: Müsəlman şəxsin qanı yalnız üç halda halal olar: İmandan sonra küfr etməklə, ailə qurduqdan sonra zina etməklə və haqsiz olaraq birini öldürmklə”. Aydın bildirməsə belə, anlaşılan budur ki, Şəhid Sani sözügedən iki ayəyə əsaslanaraq qətlin vacibliyi qənaətinə gəlmişdir.

 

E)  Əməllərin puça çıxmasının mütləq mənada işlənməsindən əlavə bu müddəa ilə əlaqədar “Bəqərə” surəsinin 217-ci ayəsində yer alan “fitnə salmaq isə qətldən daha betərdir” ifadəsinə də əsaslanmaq olar. Ayədəki “fitnə”-də məqsədin nə olması haqqında iki versiya mövcuddur. Bəziləri onu küfr kimi, bəziləri isə mürtədlik kimi izah etmişlər. Yəni, kafirlərin ardınca getdikləri, müsəlmanları dindən çıxarmaq istədikləri mürtədlik fitnəsi ayənin işarə vurduğu şəxsi (Həzrəmini) öldürməkdən daha şiddətlidir. Bu ifadəyə uyğun olaraq burada “fitnə” sözü məsdər yox, ismi məsdərdir (feli isim). Mürtəd olmaq, dindən çıxmaq adi bir qətldən daha pis, daha böyük və daha qəbahətlidir. Bu ifadədən mürtədin qətlinin icazəli olduğu anlaşılmırmı? Əgər adi bir qətldə şəriət, əqli və məntiqi baxımdan qisas olaraq qatilin öldürülməsinə hökm edilirsə, mürtəd olmaq ondan daha böyük olduğu halda bu icazəliliyə imkan verə bilməzmi?

Diqqət yetirmək lazımdır ki, bu ayəyə əsaslanaraq qətlin vacibliyini sübut etmək istəmirik. Əksinə, sadəcə olaraq bildirmək istəyirik ki, sözügedən ayəyə görə, mürtədliyin qətlə layiq olmaq üçün mövzu olması mümkündür. Peyğəmbərin (s) və məsum imamların (ə) sonradan işarə vuracağımız mürtədin qətlinin icazəli olması ilə bağlı kəlamlarının uyğun ayələrə əsaslanmasının nə eybi var? Diqqət yetirmək lazımdır ki, bu ayəyə görə, hər bir mürtədlik fitnədir. Yalnız bəzi mürtədliklərin fitnə, bəzilərinin isə qeyri-fitnə olmasını düşünmək olmaz. Ayədə mürtədlik haqqında fitnə ifadəsinin işlənməsi onun nə qədər çirkin bir məsələ olduğunu göstərir.

F) Bunlardan başqa mövzu ilə bağlı Quranın digər ayəsinə də istinad etmək olar. “Maidə” surəsinin 33-cü ayəsinə nəzər salaq: “Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir”. Şeyx Tusi “əl-Məbsut” əsərində yazır: “Ayə müsəlman olan, sonra xəstələndikləri üçün Mədinədə qala bilməyən bir qövm haqqındadır. Peyğəmbər (s) onlara Mədinəni tərk etməyi əmr etdi və onlarala birgə bir dəvə ilə dəvəçi də göndərdi. Bir müddətdən sonra onlar sağaldılar. Amma İslamdan dönüb, o çobanı öldürdülər, dəvəni də oğurladılar. Peyğəmbər (s) baş verənləri eşitdikdən sonra iyirmi nəfərdən ibarət döyüşçünü onlara doğru yolladı və onları mürtəd olduqları üçün qətlə yetirdilər”.[12] Peyğəmbərin (s) hədislərindən bəhs edən “ət-Tac əl-cameul-üsul” kitabının haşiyəsində sözügedən hadisəni nəql etdikdən sonra yazır: “Ayənin nazilolma səbəbi mürtədlərdir. Bu, sələf və xələflərdən olan (keçmiş və müasir alimlər) bütün alimlərin yekdil rəyidir”[13].

G) Digər bir dəlil isə budur ki, bəzi rəvayətlərə görə, Əmirəl-möminin (ə) mürtədin qətl hökmü ilə bağlı “Nisa” surəsinin 137-ci ayəsinə istinad etmişdir. “Dəaimul-İslam” kitabında İmam Sadiqin (ə) ataları vasitəsi ilə Əmirəl-möminindən (ə) nəql etdiyi bir rəvayətdə deyilir: “Mürtədin dini tərk etməsindən üç gün keçincəyədək tövbə etməsi tələb olunmalıdır. Əgər həmin halda dördüncü günə geçərsə, tövbə etməsi tələb olunmadan öldürülməlidir. (Sonra həzrət (ə) bu ayəni sübut göstərdi:) “(Əvvəlcə) iman gətirib sonra kafir olan, sonra iman gətirib yenə kafir olan, sonra da küfrünü artıran kəsləri Allah heç vaxt bağışlayan və doğru yola yönəldən deyildir!”

 

Bu ayəyə istinad olunması aydın dəlildir ki, həzrət Əli (ə) bu və ya digər şəkildə ayədən mürtədin qətlinin vacib olmasını başa düşmüşdür. İstinadın hansı şəkildə olması bizə bəlli olmaya bilər. Amma burası bəllidir ki, həzrət (ə) mürtədin qətlinin vacib olduğunu ayədən anlamışdır. Ehtimal ki, İmam Əli (ə) bu qənaətə iki səbəbdən varmışdır. Birincisi: Allahın bağışlamamasından. Çünki ayədə bu ifadə mütləq qeyd edilmişdir. Yəni, Allah mürtədi nə dünyada, nə də axirətdə bağışlamayacaqdır. Digər səbəb isə, Allahın onları doğru yola yönəltməməsi, hidayət etməməsi amilidir. Ayədə bu da mütləqdir. Deyilə bilər ki, ayə yalnız belələrinin tövbəsinin qəbul olmamasına dəlalət edir. O zaman deməliyik ki, tövbənin qəbul olunmaması ilə qətl məsələsi arasında zəruri əlaqə mövcuddur. Çünki fiqhdə elə bir hala rast gəlmirik ki, fərdin tövbəsi qəbul olunmasın, amma o öz başına buraxılsın.

Qeyd edilən məsələlərin nəticəsi budur ki, bəziləri Quran ayələrinin zahiri məna etibarı ilə mürtədə qətl cəzası verilməsinə dəlalət etdiyini iddia etmişlər. Bu hökmü tənqid edənlərin ayənin nəss olması və ya qəti nəss hədis olması iddiaları isə fəqihlikdən, ictihaddan kənardır. Bütün mütəxəssislərə bəllidir ki, üsul elmində başlıca məsələlərdən biri zahiri mənaların – istər Quran ayələrinin, istərsə də hədislərin zahiri mənalarının – etibarlı olduğunu sübuta yetirməkdir. Həmçinin üsul alimləri sübuta yetirmişlər ki, sözlərin mütləqliyi zahiri mənanın nümunələrindəndir. Heç bir alim bu günədək hökmlərin araşdırılmasında hökmdə nəssin və sözün aydın olmasını zəruri hesab etməmişdir. Hər halda mürtədin qətl hökmü ilə bağlı Qurana istinad etməyi qəti olaraq, əminliklə rədd etmək olmaz. Hərçənd, bu mövzuda yalnız Qurana əsaslanmaq çətindir. Başqa sözlə, əgər rəvayətlər sözügedən hökmə tam dəlalət etsə, bu ayələrdən ən azı təsdiqləyici kimi istifadə edə bilərik.

İkinci məsələ: Quran ruhunun belə bir məsələ ilə uyğunlaşmadığını (səsləşmədiyini) iddia edənlər bir neçə suala cavab verməlidirlər:

Birincisi, belə böyük bir iddianı necə edə bilirlər? Quran ruhu ilə tanışlıq olduqca ağır və böyük iddiadır. Əsas etibarı ilə belə bir iddia əsaslandırmadan kənardır. Başqa sözlə desək, elə bir şeyə əl atırlar ki, tutulması mümkün deyil. Buna qarşılıq olaraq biz də iddia edə bilərik ki, Quran ruhu bu hökmlə (uyğunlaşır) səsləşir. Hər halda ruha istinad etmək ruhsuz (əsassız) sübutdur. Heç bir tərəf üçün faydalı deyil.

İkincisi, əgər Quranın mürtədliyə aid etdiyi nəticələrə diqqət yetirsək, aydın görərik ki, mürtəd olduqca ağır dünyəvi cəzaya məhkumdur. Quranda mürtəd olmağın səkkiz ağır nəticəsi qeyd olunmuşdur:

 

1) Dünya və axirətdə əməllərin heçə getməsi; 2) Axirətdə zərər çəkənlərdəndir və onun üçün heç bir nicat yolu yoxdur; 3) Allahın əfvindən, məğfirətindən məhrum olur; 4) İlahi hidayət müvəffəqiyyəti ondan alınır: “İman gətirdikdən, Rəsulun (Məhəmməd peyğəmbərin (s)) haqq olduğuna (Allah tərəfindən göndərildiyinə) şəhadət verdikdən və özlərinə aşkar dəlillər gəldikdən sonra kafir olan tayfanı Allah necə doğru yola yönəldər?”[14]; 5) Cəhənnəmə daxil olarlar; 6) Cəhənnəm alovunda əbədi qalarlar; 7) Şeytan pis əməli onlar üçün bəzəyir və onları uzun arzulara düçar edir; 8) Qiyamətədək Allahın, mələklərin və bütün insanların lənəti mürtədə şamil olur: “Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!”[15] Bu nəticələr göstərir ki, Qurana görə mürtəd olmaq günahdır. Özü də böyük günahdır və böyük günahların ən ağırlarındandır.

Bu qədər ağır dünya və axirət nəticələri olduğu bir halda mürtədin ağır dünyəvi cəzaya layiq görülməsinin Quran ruhuna uyğun olduğunu qəbul etməmək olarmı? Başqalarının azadlığından, hər növ fikirlərinə, etiqadlarına hörmətdən dəm vuranlar mürtədliyin bu ağır axirət cəzalarını necə izah edə bilərlər? Başqa sözlə, bu fikirlərə görə, mürtəd olmağın nə dünya, nə də axirət əzabı var. Onlar mürtədliyi fikir azadlığı, insan hüququ hesab edirlər. Nəticə etibarı ilə bunda heç bir qəbahət təsəvvür etmək olmaz. Qəbahət olmadıqda isə nə dünya əzabı, nə də axirət əzabına layiq ola bilər. Əgər onun özü-özlüyündə qəbahətli olduğunu qəbul edirik desəniz, o zaman dünya cəzasından niyə hürkür və onu qəbul etmirsininz?

Buna görə də demək olar ki, Quranda qeyd olunan mürtədliyin bu sonucları və onun dünyəvi cəzası arasında təbii və adi əlaqə var. Peyğəmbərdən (s) və məsum imamlardan (ə) mürtədin qətli ilə bağlı nəql olunanlar da bu təbii əlaqədən istifadə oluna bilər. Yəni, onlar mürtədlər haqqındakı ayələrdən bu əlaqəni başa düşmüşlər.

Üçüncü məsələ: Quranda mürtəd haqqında dünyəvi cəza nəzərdə tutulmamışdır deyə çar çəkənlərdən soruşmaq gərəkdir ki, Quranda aydın şəkildə bəyan olunan digər cəza tədbirlərini qəbul edirlərmi? Zinanın, oğurluğun, üsyançının, “mufsid fil-ərz”in (yer üzündə fəsad edənin) Quranda aydın şəkildə bəyan olunan cəzasını qəbul edirlərmi? Şübhəsiz, azadlığı, insan hüquqları konvensiyasını əlində bayraq yazarlar və fikir bildirənlər, bu cəza tədbirlərini də danırlar. Əgər danmırlarsa, o zaman izah etsinlər görək, bunları necə qəbul edir, amma mürtədin cəzasını isə inkar edirlər? Halbuki mürtəd olmaq zinadan, oğurluqdan daha pis, daha qəbahətli və daha çirkindir.

Dördüncü məsələ: Birincisi, əgər Quranın mürtədin dünyəvi cəzaya layiq olması ilə bağlı heç bir işarəsi olmadığını qəbul etsək belə, bu müddəa məlum hökmə heç bir zərbə vurmur. Çünki bir çox şəriət hökmləri Quranda gəlməmişdir. Həcc, namaz, zəkat və s. mövzularla bağlı minlərlə məsələ vardır ki, Quranda gəlməmişdir. İkincisi, Quran üçün Peyğəmbərin (s) və məsum imamların (ə) kəlamlarından ayrı bir həqiqət təsəvvür etmək olmaz. Peyğəmbərin (s) və məsum imamların (ə) sünnəsinə müraciət etmədən Quranın həqiqətini anlamaq olmaz. Necə ki, Quranda oxuyuruq: “Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!”[16] Quranın açıqlanması, bəyan olunması Peyğəmbər (s) və məsum imamlar (ə) tərəfindən həyata keçməlidir. Həmçinin Quranda oxuyuruq: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin”.[17] Yəni, müsəlmanlar Peyğəmbərin (s) Allah kəlamının izahı, təfsiri olaraq buyurduqlarına, yaxud hər hansı bir adla verdiyi göstərişlərə əməl etməli, tabe olmalıdırlar. Demək, əgər bu və ya digər hədisə görə, Peyğəmbər (s) mürtədin öldürülməsini əmr etmişsə, buna əməl etmək əslində Qurana əməl etmək olacaq. Bu məsələ natiq Quran olan, Quranın həqiqi təfsirçiləri, şərhçiləri olan məsum imamlar (ə) haqqında da doğrudur. “Səqəleyn” hədisinə[18] və oradakı “əsla ayrılmayacaqlar” ifadəsinə diqqət yetirmək məsələni düşüncə sahibləri, fikir adamları üçün tam aydın edir. Bu hədisə görə, Quran itrətdən (Əhli-beytdən (ə)) ayrı bir həqiqətə malik deyil. Ayrılmaq qabiliyyətinə malik deyil. Eləcə də itərtin Qurandan ayrı bir həqiqəti yoxdur və ayrılmaq qabiliyyətinə malik deyil. “Səqəleyn” hədisinə görə, məsumlardan (ə) gələn rəvayətləri diqqətə almadan Qurana istinad etmək, yaxud əksinə Quranı nəzərə almadan məsumlardan (ə) gələn hədislərə istinad etmək yanlış və qeyri-məqbuldur.

 

İkinci mehvər: Mürtədin qətli və rəvayət1ər.

 

Qurana görə mürtədin qətlinin vacib olduğunu qısaca araşdırdıqdan sonra bu mövzuda rəvayətlərin baxışını da qisaca tədqiq etmək, öyrənmək lazımdır. Mürtədin qətlinə qarşı çıxanların bu mövzu ilə bağlı nəql olunan rəvayətlər haqqında bir neçə şübhə və ya təsəvvürləri var.

Onların ilk təsəvvürü büdür ki, mürtədin qətlinin vacib olmasını göstərən rəvayətlər nadir və azdır. İkinci təsəvvür budur ki, bu rəvayətlər vahid xəbərlərdir. Vahid xəbərin etibarlı olmasının mühüm sübutu aqillərin (üsuli-fiqh alimləri) baxışıdır. Aqillərə müraciət etdikdə görürük ki, onlar qətl, öldürmək kimi mühüm məsələlərdə vahid xəbərə əməl etmirlər.

 

Birinci təsəvvürün cavabı:

 

A) Fiqhdə mürtədlə bağlı məsələlər beş sahədə bəhs edilmişdir: “Təharət” fəslində, “Nikah” fəslində, “Ov və heyvan kəsmək” fəslində, “İrs” fəslində və “Hüdud” (ictimai cəza tədbirləri) fəslinin mürtədin cəzası bölməsində. Əgər insan bu bir neçə fəsildə mürtədlə bağlı nəql olunan rəvayətlərə cüzi nəzər salsa, aydın başa düşər ki, mürtədlə bağlı bizə gəlib çatan rəvayətlərin sayı iyirmini aşmışdır. Mərhum Siqətul-İslam Kuleyni “əl-Kafi fil-üsul”[19] kitabında “Mürtədin cəzası” bölməsində iyirmi üç hədisi qeyd etmişdir. Bu hədislərin əksəriyyəti səhih[20] rəvayətlərdir. Fəqihlər bunların hamısına qeyd olunan beş fəsildə istinad etmişlər. Bu rəvayətlər sənəd baxımından doğru olmaqla yanaşı tədqiqatçıların vahid xəbərin etibarlı olması üçün vacib hesab etdikləri “söylənilmə” etibarına da malikdir. Şübhəsiz, bu rəvayətlər məna baxımından və ümumilikdə mütəvatir[21] səviyyəsindədirlər.

 

Böyük fəqihlər fiqhin digər sahələrində bir mövzuda ən azı on rəvayətin olmasını mütəvatir olaraq qəbul edirlər. O ki qaldı, iyirmi üç rəvayət olsun. Əgər rəvayət mütəvatir həddində olarsa, o zaman hətta sənədin araşdırılmasına da ehtiyac yoxdur. Bu fəqihlərə görə öz sübutunu tapmış qəti və aydın məsələdir.

B)  Fəqih rəvayətlərə əsaslanarkən yalnız bəzi rəvayətləri diqqətə ala bilməz. Əksinə, o, mövzu ilə əlaqəli bütün rəvayətləri nəzərdən keçirməli, tədqiq etməlidir. Əgər rəvayətlərə nəzərən mürtəd mövzusunu tədqiq etsək, bir neçə qrup rəvayətə rast gələcəyik:

Birinci qrup: Aydın şəkildə mürtədin öldürülməsinə dəlalət edən rəvayətlər:

A)  Məhəmməd ibn Müslimin İmam Baqirdən (ə) nəql etdiyi səhih hədis. Hədisdə deyilir: İmam Baqirdən (ə) mürtəd haqqında soruşdum. Həzrət (ə) buyurdu: “Mürtəd o şəxsdir ki, İslamdan dönmüş, Allahın rəsulu Mühəmmədə (s) nazil olanı inkar etmişdir. Belə bir şəxsin tövbəsi qəbul deyil (fitri mürtəddir). Onun qətli vacibdir. Onun arvadı ilə nikahı təbii olaraq mürtəd olması səbəbilə pozulur. Onun malı övladları arasında bölünür”.[22]

B) Həmin bölmənin beşinci hədisi Cəmil ibn Dürracın İmam Sadiq (ə) və ya İmam Baqirdən (ə) nəql etdiyi səhih hədisdir. Hədisdə deyilir: İmamdan (ə) İslamdan dönmüş bir şəxs haqqında soruşuldu. Həzrət (ə) buyurdu: “Əgər tövbə etsə, (ona dəyməyin). Əks təqdirdə (yəni tövbə etmədiyi təqdirdə) öldürülməlidir”. Bu hədisdə də mürtədin qətl cəzasına layiq olması aydın göstərilmişdir.

C) Bu bölmənin onuncu hədisi İmam Kazimdəndir (ə). İmam Kazım (ə) xristianlığı qəbul etmiş müsəlmanın hökmü haqqındakı suala cavab olaraq buyurur: “Öldürülməlidir!”.

D) Həmin bölmənin on birinci hədisi Əmmar Sabatidən nəql olunmuşdur. O, deyir: İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: “İslamdan dönən, Peyğəmbərin (s) nübüvvətini danan hər bir müsəlmanın qanı belə bir sözü ondan eşidən hər bir kəsə mübahdır”.

E)  Abdullah ibn Əbu Yəfur İmam Sadiqdən (ə) Bəzi adlı bir şəxs haqqında soruşur: “O, peyğəmbər olduğunu zənn edir. Peyğəmbərlik iddiası edir”. Həzrət (ə) ona cavab olaraq buyurur:”Onun belə bir iddia etdiyini eşitsən, öldür!”.

F)  Əhli-sünnə kitablarında da İslam peyğəmbərindən (s) mürtədin qətlinin vacib olması hökmü nəql olunmuşdur. “Ət-Tacul-came fi əhadisir-rəsul” kitabında əziz İslam peyğəmbərinin (s) belə buyurduğu nəql olunmuşdur: “Allahın yeganəliyinə və mənim Onun peyğəmbəri olamğıma şəhadət verən müsəlmanın qanı yalnız üç halda halal ola bilər (yalnız üç halda öldürülə bilər): Ya qisas üçün, ya zina üçün, ya da dindən çıxdığı üçün”.[23] Sonra yazır: “Bu rəvayəti Buxari, Nəsai, Əbu Davud və Tirmizi də nəql etmişlər. Bu rəvayətə görə, Peyğəmbər (s) buyurur ki, müsəlman üç halda öldürülə bilər və onlardan biri dindən çıxan və mürtəd olandır”. Sonra Əkrəmədən nəql edir ki, Əli ibn Əbu Talib (ə) İslamdan dönən bir qrupu qılıncdan keçirdi (qətlə yetirdi)”. Həmçinin “Səhihi-Müslim”dən başqa, bütün əhli-sünnə hədis kitablarında İbn Abbasdan Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: “Kim dinini dəyişsə, onu öldürün”.[24] Burada dinini dəyişən ifadəsində məqsəd mürtəddir.

İkinci qrup: Bu qrup rəvayətlər mürtəd olmuş qadın haqqındadır və onun qətlinin icazəli olmamasını göstərir. Bu rəvayətlərdə təkid olunur ki, əgər qadın dindən dönərsə, mürtəd olarsa, onu öldürmək olmaz. Bu rəvayətlər aydın göstərir ki, bu mürtədin hökmündən istisnadır və mürtədn öldürülməsi hökmünün özü şübhəsiz bir məsələdir.

Üçüncü qrup: Bu qrupa daxil olan rəvayətlər böyük günah edənlərlə bağlıdır. Hansı ki, onlar bu böyük günahları təkrar etdikdə qətlə məhkum olunurlar. Mürtədliyin, dindən dönməyin böyük günah olmasında, hətta böyük günahların ən şiddətlisi olmasına şübhə yoxdur. Bu məsələdə fəqihlər yekdil fikirdədirlər. Belə ki, mürtəd birinci dəfə öldürülməsə belə üçüncü, dördüncü dəfədə mütləq öldürülməlidir. Bu məsələ ilə bağlı İmam Kazimdən (ə) nəql olunan bir rəvayətə istinad edirlər. İmam Kazim (ə) buyurmuşdur: “Böyük günah sahibləri üçüncü dəfədə öldürülürlər”.

 Bəli, necə ki zinakarla bağlı hökm belədir. İki dəfə ona cəza verildikdən sonra üçüncü dəfə bir daha zina etsə, öldürülməlidir. Mürtədlik, dindən çıxmaq məsələsində də hökm şübhəsiz belədir. Bu bölmənin Cəmil ibn Dürracın nəql etdiyi beşinci hədisində bu aydın şəkildə bildirilmişdir. Məqsəd budur ki, fəqih bu cəhəti də nəzərə almalı, diqqət etməlidir. Əgər tutaq ki, mürtədin qətlinin vacibliyi ilə bağlı aydın rəvayətimiz olmasaydı belə, yenə də bu növ rəvayətlərə istinad etməklə mürtədin qətli ilə bağlı hökmü, hətta təkrar halında olsa belə əldə edə bilərdik.

Dördüncü qrup: Bu qrupa daxil olan rəvayətlər göstərir ki, tövhidə, Allahın yeganəliyinə və Mühəmməd (s) peyğəmbərin nübüvvətinə şəhadət vermək, iman gətirmək qanın qorunmasına, hörmətə minməsinə (öldürülməyin icazəli olmamasına) nikahın düzgünlüyünə və mirasdan pay almağa səbəb olur. Bu rəvayətlərin mənası budur ki, əgər sözügedən şəhadət və təsdiqin olmaması qanın heçə getməsinə (öldürülməyin icazəli olmasına) bərabərdir. Mərhum Mühəqqiq Xoyi “Tənqih” əsərində yazır: “Çoxlu sayda rəvayətlərimiz göstərirlər ki, İslamda, qanın hörmətində, miras və nikahın icazəli olmasında meyar tövhidə və Peyğəmbərin (s) nübüvvətinə şəhadət verməkdir”.[25] Bu qrupa daxil olan rəvayətlərin nəticəsi budur ki, dindən dönən, Allahı, Onun peyğəmbərini (s) danan şəxsin qanı hədərdir (yəni öldürülməsi icazəlidir). Artıq onun qanının hörmətli olması səbəbi aradan qalxır.

Beşinci qrup: Bu qrupa daxil olan rəvayətlər göstərir ki, Əmirəl-möminin Əli ibn Əbu Talib (ə) bəzi hallarda bir neçə nəfərin mürtəd hökmünü (yəni ölüm cəzasını) icra etmiş, həyata keçirmişdir.

Birinci rəvayət: İmam Sadiq (ə) buyurmuşdur: “Müsəlman bir kişi (dindən dönüb) xristian oldu. Öz boynuna xaç asdı. Onu Əmirəl-möminin Əli ibn Əbu Talibin (ə) yanına gətirdilər. Həzrət Əli (ə) ona buyurdu: Əgər ailə qurmaq istəyirsənsə, biz sənin ailə qurmağın üçün lazım olan şəraiti yaradaq. Əgər bir xristiandan sənə miras qalacaqsa və elə düşünürsənsə ki, bizdən sənə miras payı çatmayacaq, biz sənə irsdən pay verərik. Xristianlığı qəbul etmiş kişi həzrətin (ə) bu təkliflərinin heç birini qəbul etmədi. Həzrət Əli ibn Əbu Talib (ə) buyurdu: “Sən, həqiqətən xristianlığı qəbul etmisənmi?” Kişi: “Bəli!” – deyə cavab verdi. Həzrət Əli (ə) buyurdu: “Allahu Əkbər (Allah böyükdür)”. Kişi dedi: “Məsih (həzrət İsa (ə)) daha böyükdür”. Bu zaman həzrət Əli (ə) onun qətlə yetirilməsi haqqında fərman verdi.[26]

İkinci rəvayət: İmam Sadiq (ə) buyurmuşdur: “Bir qövm İmam Əli ibn Əbu Talibin (ə) yanına gəlib, ona müraciətlə dedilər: “Sənə salam olsun, ey bizim Pərvərdigarımız!” Yəni, İmam Əliyə (ə) tanrı deyə müraciət etdilər. Həzrət onlarla sərt davranıb tövbə etmələrini əmr etdi. Amma onlar qəbul etmədilər. Sonra həzrət (ə) bir quyu qazdı. Orada od yandırdı. Sonra bu quyunun yanında başqa bir quyu qazdı və onların arasında yol açdı. Onların yalnış, batil etiqada inanmaqda israrlı olduqlarını görüb ikinci quyuya atdı. Digər quyuda od yandırdı və onları qətlə yetirdi.[27] Diqqət yetirmək lazımdır ki, bu kimi hallarda qülüv etmək (həddən artıq mübaliğə etmək, şişirdərək ilahiləşdirmək) mürtədliyin nümunələrindəndir.

Üçüncü rəvayət: İmam sadiq (ə) buyurmuşdur: “Bəni-Sələbə qəbiləsindən bir kişi İslamdan dönüb xristian olmuşdu. Onu Əmirəl-möminin Əli ibn Əbu Talibin (ə) yanına gətirdilər. Bir qrup insan onun əleyhinə şəhadət verdilər. Əmirəl-möminin Əli (ə) buyurdu: “Bu şahidlərin şahidliyini qəbul edirsənmi?” Dedi: “Bəli!” Amma yenidən İslama dönürəm. Həzrət Əli (ə) buyurdu: “Əgər şahidləri qəbul etməsəydin həqiqətən sənin boynunu vuracaqdım”. Yəni, əgər şahidlərin söylədiklərini təkzib etsəydin, məlum olacaqdı ki, ikinci iddianda özün də yalan deyirsən və o zaman sənə mürtədin hökmü (qətl) tətbiq olunmalı idi.

Bu rəvayətlərdən aydın anlaşılır ki, Əmirəl-möminin Əlinin (ə) hakimiyyəti dövründə belə hallar baş vermiş və həzrət Əli (ə) bir çox hallarda onlarla bağlı mürtədin hökmünü icra etmişdir. Heç bir dəlilimiz yoxdur ki, bu qəzavətlər xüsusi növ hadisələr olmuşdur və onları ümumiləşdirmək olmaz. Əksinə, rəvayətlərin zahiri mənasından aydın olur ki, Əmirəl-möminin Əli (ə) bu mühakimələrində ümumi bir hökmü ayrı-ayrı nümunələrə tətbiq etmişdir. Əhli-sünnə kitablarında nəql olunan rəvayətlərdə bildirilir ki, Peyğəmbər (s) mürtəd olan, dindən dönən bir qrup insan haqqında qətl fərmanı çıxarmışdır. Bu yazıda öncə də bu rəvayətlərə işarə vurduq. Ətraflı məlumat üçün “Ət-Tacul-came fi əhadisir -rəsul” kitabına müraciət edə bilərsiniz.[28]

İndi yuxarıda qeyd etdiyimiz bu bir neçə qrup rəvayətdən belə bir nəticə almaq olmazmı ki, İslamda mürtəd qətlə məhkumdur? Mürtəd haqqında nəql olunan rəvayətlərdə onun mürtəd olduğu an əmlakının vərəsələri arasında bölünməsinin, arvadınının vəfat iddəsi saxlamasının zəruri olduğu göstərildiyi bir halda qətl hökmünün vacibliyi ən yaxşı şəkildə aydın olmurmu?

Güman ki, mürtədin qətlinin vacibliyini dananlar onunla bağlı bu hökmləri də inkar edirlər. Yəni, birincisi, İslamın qanın hörmətə minməsinə, qorumasına səbəb olmasını inkar edirlər. İkincisi, onun arvadının talaq oxunmadan ayrılmasını (nikahının pozulmasını) inkar edirlər. Üçüncüsü, onun malının bölünməsini də qəbul etmirlər. Dördüncüsü, onun kəsdiyi heyvanı da halal sayırlar. O zaman fiqhdə mürtədlə bağlı öz əksini tapmış bu qəbildən bütün hökmləri inkar etsinlər. Yalnız mürtədin öldürülməsinin vacibliyini inkar edib, qalan digər hökmləri isə qəbul edə bilməzlər. Bizim fikrimizcə, bu qədər müxtəlif hədislərin mövcud olduğu bir halda şübhə qalmır ki, İslam dinində mürtədin qətlinin vacibliyi qəti və danılmaz hökmlərdəndir. Diqqət yetirmək lazımdır ki, bu rəvayətlər Əmirəlmöminin Əliyə (ə), onun hakimiyyəti dönəminə xas məsələlər, həzrət Peyğəmbərin (s) dönəminə xas məsələlər şəklində nəql olunmamışdır. Buna görə də ehtimal verə bilmərik ki, mürtədin qətlinin vacib olması hökmü yalnız müəyyən dövrə aid bir siyasi hökm və ya dövlət qanunu olmuşdur. Əksinə, eyni məzmunda hədislər başqa məsumlardan da – İmam Baqirdən (ə), İmam Sadiqdən (ə) İmam Kazimdən (ə) İmam Rzadan (ə) – nəql olunmuşdur. Nəqllərin bu şəkildə müxtəlif olması göstərir ki, mürtədin hökmü qiyamətədək davam edəcək bir hökmdür. Bu rəvayətlər həqiqi bir hökmü, ümumi bir qaydanı bəyan etmişdir.

 

İkinci təsəvvürün cavabı:

İkinci təsəvvür bu idi ki, mürtədin qətlinin vacibliyi ilə bağlı rəvayətlər vahid xəbərdir. Vahid xəbər isə mühüm və ciddi məsələlərdə etibarlı hesab olunmur.

 

Birincisi, aydındır ki, mürtədin qətlinin vacibiliyi ilə bağlı rəvayətlər məna baxımından, yaxud da ümumi şəkildə mütəvatir həddindədir və əminlik ifadə edir.

İkincisi, tutaq ki, mövzu ilə bağlı rəvayətlər vahid xəbərdir. Biz buna cavab olaraq deyirik: Vahid xəbərin etibarlılığı məsələsində mühüm və ciddi məsələlərlə, qeyri-mühüm və qeyri-ciddi məsələlər arasında heç bir fərq yoxdur. Böyük və görkəmli fəqihlərin, üsul alimlərinin əksəriyyətinin də qənaəti budur. Fəqihlər – istər keçmiş fəqihlər, istərsə də son dövrlərin fəqihləri – fiqhin əvvəlindən sonunadək, qan və qeyri-qan, mal və qeyri-mal, ibadət və qeyri ibadət, siyasət və qeyri-siyasət məsələlərində etibarlı rəvayətçi tərəfindən nəql olunan vahid xəbərə əməl etmişlər. Onların fiqhi kitabları bunun ən yaxşı şahididir. Əlbəttə, ali üsul dərslərində vahid xəbərin etibarlılığı mövzusunda bu haqda geniş söhbət açmışıq. Bu bəhslər saytımıza da yerləşdirilmişdir (Ali üsul dərsləri – 87 - 88 təhsil ili – 77-ci dərs, tarix: 16. 1. 1387).

Üçüncüsü, Şeyx Tusi mürtədin qətlinin vacibliyi ilə bağlı bildirmişdir ki, İslam ümməti bu məsələdə yekdil fikirdədir. Yəni, nəinki şiə və əhli-sünnə fəqihləri, hətta bütün ümmət yekdilliklə mürtədin öldürülməsinin vacibliyi qənaətindədir. Bu ibarə belə bir hökmü zəruri bir hökm səviyyəsinə yüksəldir (Dinin namaz, oruc və s. kimi zəruri məsələləri sırasına daxil edir). Demək, bu hökmün istinadgahı, dəlili yalnız xəbər (rəvayət) deyil. Əksinə, belə bir icma (yekdil fikir) də mövcuddur və ona əlavə olunur.

 

Dördüncüsü, mühüm və ciddi məsələ ilə önəmsiz, qeyri-ciddi məsələni bir-birindən fərqləndirmək, ayırmaq üçün hansı meyar var? Misal üçün, insanların malı ilə əlaqəli olan xüms və zəkat məsələlərində, eləcə də yüksək miqdarda malla bağlı bir çox başqa məsələlərdə vahid xəbərlərə istinad olunur. Böyük miqdarda malın vəziyyətini müəyyənləşdirmək önəmli, ciddi iş hesab edilmirmi? Zəkat tam olaraq Quranın bəyanıdır. Buna şübhə yoxdur. Amma heç bir ayədə zəkatın şərtləri, xüsusiyyəti, hansı hallarda onda birinin, hansı hallarda iyirmidə birinin verilməsi haqqında məlumat yoxdur. Bu, yalnız vahid xəbərlə sübuta yetirilir. Həcc mərasimində iki milyondan çox insanın öz qurbanlığını Minada kəsməsinin vacibliyi - zibh (qurban kəsmək) yalnız Minada olmalıdır - vahid xəbəri ilə sübuta yetirilir. Fəqihlər etibarlı vahid xəbərə yalnız özünə görə əməl etmirlər, əksinə burada başqa şərtlər də var. Misal üçün, keçmiş fəqihlərin bu hədisə əməl etməsi (ona uyğun fitva verməsi), onu inkar edən digər rəvayətin mövcud olmaması və s. bu qəbildəndir. Elə isə belə bir şəraitdə hətta mühüm və ciddi məsələlərdə etibarlı vahid xəbərə əməl etməyin nə eybi var ki? Söhbət açdığımız mövzuda da mürtədin qətlinin vacibliyini göstərən rəvayətlər də sözügedən şərtləri özündə toplamışdır.

Beşincisi, yəqin ki, eşitmiş olarsınız, fəqihlər fiqhdə qan, namus, əmlak məsələsində çox ehtiyat edirlər. Öz yerində sübuta yetirmişik ki, (burada) əksər fəqihlər ehtiyatın vacibliyi haqqında yox, əksinə, daha çox üstünlük, daha çox müstəhəblik haqqında fitva vermişlər (Müəllifin “Süni mayalanma” kitabına müraciət edə bilərsiniz).

Altıncısı, əgər yuxarıda qeyd olunan rəvayətlərin, ayələrin, yaxud icmanın heç biri ayrı-ayrılıqda müddəaya dəlalət etməsə belə, şübhəsiz, bunların məcmusu fəqihdə məlum hökm haqqında əminlik yaradır.

 

Üçüncü mehvər: Mürtədin qətli qanunsuzluğamı yol açır?

 

Bəzi yazılarda sözügedən hökm icra olunduqda qanunsuzluğun geniş hal alacağı, yaxud möminlərin qanun pozuntusuna rəğbətləndirilməsi kimi məsələlər ortaya atılır. Həmçinin qeyd edilir ki, hər bir hökmün, xüsusilə insanların canı ilə bağlı hökmlərin isbatı və icrası yalnız və yalnız səlahiyyətli məhkəmə tərəfindən baş tuta bilər.

 

Bu haqda bir neçə məsələ də var:

Birinci: Bu müəlliflərin etiqadınca əgər səlahiyyətli məhkəmə orqanında bu və ya digər şəxsin mürtəd olduğu sübut edilərsə, onun haqqında qətlin icazəli olmasını qəbul edirlərmi? Məsələnin görünən tərəfi budur ki, bu şəxslər hökmün özünə irad tuturlar. Əgər mövzu (kiminsə mürtəd olması) səlahiyyətlə məhkəmə orqanında sübuta yetirilsə belə, bu cəza tədbirinin icrası qənaətində deyillər.

 

İkinci: Heç bir fəqih və ya mərcəi-təqlid bu və ya digər şəxsin mürtəd olması mövzusunu sübuta yetirmədən özünə belə bir nəzəriyyəni irəli sürmək icazəsi vermir. İmam Xomeyni (rizvanullah əleyh) Salman Rüşdi haqqında belə bir fitva vermişdirsə, bu, Salman Rüşdinin mürtəd olması ona tam sübuta yetdikdən sonra baş vermişdir. Eləcə də mərhum Ayətullah əl-üzma Fazil Lənkəraninin Rafiq Tağı haqqındakı fitvası onun mürtəd olması sübuta yetdikdən sonra verildi. Sözügedən yazarın yazıları dəfələrlə (mütəxəssislər tərəfindən) tərcümə olundu və mövzu aydın olduqdan sonra (Rafiq Tağının mürtəd olması sübuta yetdikdən sonra) belə bir fitva verildi. Bütün lazımi şərtləri özündə cəmləşdirən bir fəqih öz yerində qeyd olunan çoxsaylı şərtlərə uyğun olaraq mövzunu aydınlaşdıra bilməzmi? Məhkəmənin təşkil olunmasının fəlsəfəsi mövzunu aydınlaşdırmaq, üzə çıxarmaq deyiılmi? Məhkəmə orqanı bu və ya digər qanun, yaxud hökm çıxarır, yoxsa öncədən nəzərdə tutulmuş qanun və ya hökmləri icra və tətbiq edir? İlkin baxış, yenidən baxış keçirmək və yüksək divan kimi üç mərhələli prosesin mövzunu düzgün müəyyənləşdirməkdən başqa bir xüsusiyyəti varmı?

Üçüncü: Əsas sual budur ki, siz hansı məhkəməni səlahiyyətli adlandırırsınız? İnsan hüquqları konvensiyasına uyğun hökm vermirlər deyə səlahiyyətli deyillər? Belə olan halda əksər İslam mühakimələrini qüsurlu hesab etməlisiniz. Sözünü etdyiniz səlahiyyətli məhkəmə, ləyaqətli məhkəmə mötəbər şəriət qanunlarını real nümunələrə tətbiq etmək üçündürmü? Yəni, şəriət qaydalarına uyğun əməl edən, şəriət qanunlarını tətbiq edən məhkəmədirmi məqsədiniz? Məlumdur ki, bu tətbiq etmə fəqihin əli ilə daha daha yaxşı və daha dəqiq şəkildə həyata keçir.

Fəqih Allahın hökmünü, qanununu onun real nümunələrinə daha dəqiq və olduqca düzgün tətbiq edir. Bu fəqihliyə aid məsələlərdən, fəqihin səlahiyyətlərindən biridir. Mühakimə, qəzavət Allah elçisinin (s), məsum imamların (ə) və lazımi şərtləri özündə toplayan fəqihlərin mühüm vəzifələrindən biridir. Belə ki, ondan ictihadın şərt olması kimi məsələlərdən söhbət gedir. İslama görə, ilkin olaraq müctehiddən başqası qəzavət mənsəbini üzərinə ala bilməz.

Dördüncü: Bu iradları irəli sürənlər hökmün özünü qanunsuzluğun geniş yayılması hesab edirlər, yoxsa onun icrasını? Başqa sözlə desək, onların iradı hökmədir, yoxsa hökmün icra formasına? Onun qətlinin vacib olması bir ilahi qanun deyilmi? Bu gün Allahın hökmünü inkar etməyə, Allah hökmlərinin icrasına mane olmağa gətirib çıxaran insan hüquqları ilə bağlı sənədlərə, qayda-qanunlara etimad göstərmək həqiqi qanun pozuntusu deyilmi? Bizim dövrümüzdə Allah qanunlarını bir kənaramı qoyub, zahiri şüarlara və insan hüquqları və azadlığından dəm vuranlaramı üz tutmaq lazımdır? Bu, ən mühüm və ən möhkəm qanunun pozulmasının ən pis yolu, hərc-mərcliyin ən çirkin üsulu deyilmi? Bizim insanları Allah qanununa əməl etməyə təşviq etsək daha doğru olar, yoxsa beynəlxalq hüquq konvensiyalarına əməl etsək daha doğru olar? Homoseksuallara belə azadlıq ərməğan edən beynəlxalq hüquq konvensiyaları insan səadətinə zəmanət verə bilərmi? Nəhayət, irad tutanlar ya İslamı qəbul etməlidirlər, ya da insan hüquqları ilə bağlı beynəlxalq konvensiyaları. Bunların ikisini bir yerə sığışdırmaq mümkün deyil. Əgər hazırkı dövrdə İslamı insan hüquqları konvensiyalarına uyğun olaraq izah etmək lazımdır deyirlərsə, onlara cavab olaraq bildiririk ki, bu da əslində İslamı inkar etmək, onu rədd etməkdir. O kəslər daha çox təəccüb doğururlar ki, insan hüquqları konvensiyasının pozulmasından narahatdırlar. Amma din qeyrəti onlarda özlərinin də çərənlədiklərini, böş-boş danışdıqlarını qəbul etdikləri insanlara qarşı nəinki qəzəb yaratmır, əksinə, onları müdafiə etməyə qalxırlar.

Əmirəlmöminin Əli ibn Əbu Talib (ə) “Nəhcul-bəlağə”nin 106-cı xütbəsində buyurur:

»وَ قَدْ تَرَوْنَ عُهُودَ اللهِ مَنْقُوضَةً فَلاَ تَغْضَبُونَ! وَ أَنْتُمْ لِنَقْضِ ذِمَمِ آبَائِکُمْ تَأْنَفُونَ! وَ کَانَتْ أُمُورُ اللهِ عَلَیْکُمْ تَرِدُ، وَ عَنْکُمْ تَصْدُرُ، وَ إِلَیْکُمْ تَرْجِعُ، فَمَکَّنْتُمْ الظَّلَمَةَ مِنْ مَنْزِلَتِکُمْ، وَ أَلْقَیْتُمْ إِلَیْهِمْ أَزِمَّتَکُمْ، وَ أَسْلَمْتُمْ أُمُورَ اللهِ فِی أَیْدِیهمْ، یَعْمَلُونَ بِالشُّبُهَاتِ، وَ یَسِیرُونَ فِی الشَّهَوَاتِ«.

“İlahi peymanların pozulduğunu görüb qəzəblənmirsiniz, ancaq (ilahi əhdü-peymanların müqabilində heç bir əhəmiyyəti olmayan) atalarınızın peymanlarının pozulmasına razı deyilsiniz və bunu biabırçılıq sayırsınız. (Siz o şəxslərsiniz ki,) İlahi hökmlər sizə gəlirdi (sizdən soruşurdular), sizdən keçirdi (siz cavab verirdiniz) və sizə qayıdırdı (şikayət çəkişmələri barədə hökm verirdiz). Öz məqam və rütbənizi zülmkarlara verərək işlərinizin cilovunu onların əlinə tapşırmısınız. Onlar (şəriət məsələlərində) şübhələrə və batil inanclara əməl etdikləri, şəhvət və nəfsi istəklərinin ardınca düşdükləri halda ilahi hökmlərdə onlara təslim olaraq itaət etdiniz”.

Əmirəlmöminin (ə) İslam ümmətinin çöküşünün, Allah rəsulunun (s) səhabələrinin, dinə agah olanların haqq yoldan azmasının səbəblərini açıqlayır. Onlara buyurur ki, siz bir tərəfdən Allahın əhdlərinin pozulduğunu görür nigaran olmursunuz, amma öz keçmişlərinizin, ata-babalarınızın qanunlarının ayaq tutmasının fikrindəsiniz. Əgər bu qeyri-ilahi qanunlar pozulsa, qəzəblənirsiniz. Siz elə insanlar idiniz ki, Allahın göstərişləri sizin əllərinizdə idi. İnsanlar Allahını halal və haramını bilmək üçün sizdən faydalanırdı, sizə müraciət edirdil. Amma indi öz yerinizi, məqamınızı zalimlərə vermisiniz. Öz işlərinizin idarəsini yadlara tapşırmısınız. Allahın dinini başqalarının ixtiyarına vermisiniz. Hansı ki, onlar asanlıqla şübhələrə uyur, ehtiraslara qərq olurlar (Əhli üçün bir işarə də kifayətdir).

Beşinci: İslamda cəza tədbirlərinin icrası üçün aydın qaydalar, şərtlər nəzərdə tutulmuşdur. Hətta onları icra edən üçün bir sıra şərtlər nəzərdə tutulmuşdur. Amma bir məsələni yaddan çıxarmaq lazım deyil ki, bəzən məsləhət icraçının ümumxalq olmasını tələb edir. Yəni, bütün xalq xüsusi bir hökmün icrasında vəzifəli olur. Mürtəd və Peyğəmbəri (s) söyənlə bağlı hökmdə bütün müsəlmanlar bu hökmün icrası ilə bağlı məsuliyyət daşıyır. Sözügedən hökmün bu qaydada icrasının fəlsəfəsi budur ki, hamı mürtədin Allah yanında belə bir hökmə layiq görüləcək dərəcədə qəbahətli və çirkin olduğunu görsün və bu, başqalarına da ibrət dərsi olsun. Mürtədin və Peyğəmbəri (s) söyənin hökmü çəkindirici və bütöv İslamın mövcudluğunu müdafiə xarakteri daşıyır. Bütün təməl prinsipləri, təfərrüatı əql və məntiqə uyğun olan İslam kiminsə onun haqq olduğunu dərk etdikdən sonra onu inkar etməsinə izn vermir. Yaxud kiminsə İslamın ən müqəddəs dəyərlərindən olan Peyğəmbərin (s) mübarək vücudunu təhqir etməsinə izn vermir.

 

 

Belə bir hökmdə məqsəd başqalarını İslama cəlb etmək deyil ki, bu hökm başqalarının İslama doğru gəlməsinə mane olur deyək. Əksinə, bu, bir qaladır. Müsəlmanları qoruyan bir qala. Müsəlmanları qoruyur ki, öz əlləri ilə İslama bir zərbə vurmasınlar. Bu hökm müsəlman insanı dinini dəyişməkdə tələskənlikdən çəkindirir. Onu daha çox fikirləşməyə, yüz ölçüb, bir biçməyə vadar edir. Digər bir tərəfdən tarix boyu kafirlər İslama zərbə vurmaq üçün bu yoldan, mürtəd olmaq, dindən çıxmaq metodundan yararlanmışlar. Allah bu yolu əbədi olaraq qapamışdır.

Altıncı: Bu hökmə irad tutanlar bildirirlər ki, belə bir fitvanın verilməsi, mürtədin və Peyğəmbəri (s) söyənin edam hökmünün çıxarılması İslamın, şiəliyin və fəqihliyin çöhrəsinin kobudluqla, terorla, dar düşüncəliliklə çirkləndirilməsinə gətirib çıxarır. Bəli, əlbət ki, kimsə İslamı yalnız bu yolla təqdim etmək, tanıtmaq istəsə, həm də bu hökmün xüsusiyyətlərini, şərtlərini qeyd etmədən təqdim etmək istəsə, başqa sözlə, onun yalnız zahirini ortaya atıb, xırdalıqlarını unutsa, belə bir vəziyyət yarana bilər. Amma əgər bəşəriyyətə deyilsə ki, İslama məntiq və zəka hakimdir. Kimin nə ilə bağlı sualı varsa, xüsusən müsəlmanlar arasında Əhli-beyt (ə) məktəbinə əsasən insanlar arasında Allah tərəfindən təyin olunmuş fərdlər, höccətlər var, onlara müraciət edib öz suallarının cavabını ala bilərlər. Belə etmədikdə, inad etdikdə, ilk addımda inkar etdikdə, inkarını xalq arasında üzə çıxardıqda, onun üçün belə bir cəza tədbiri nəzərdə tutulmuşdur (Təbii ki, İslamın, şiəliyin, fəqihliyin çöhrəsi çirkin şəkil almayacaqdır).

Əslində mürtədlik özü bir növ dini hərc-mərclikdir. Hərc-mərcliyə istinadən yazı yazanlar nə üçün bu həqiqətə diqqət yetirməmişlər? Dindən dönənin və Peyğəmbəri (s) söyənin qətlinin zəruriliyi İslamın erkən çağlarından indiyədək olmuşdur. Heç bir dönəmdə İslamın simasının çirkin göstərilməsinə səbəb olmamışdır. Müstəmləkəçi ölkələrin insan hüquqları ilə bağlı iddiaları ortaya çıxdıqdan sonra, əslində onların İslama qarşı müxalifət dalğası başlandıqdan sonra bu növ hökmlərə qarşı da səsləri ucaldı və bu nə hökmdür deyə car çəkməyə başladılar. Onların qərəzlərinə, məqsədlərinə qulluq edən, dinə qarşı pis və doğru olmayan təbliğatı ilə müşayiət olunan bu etiraz İslam hökmlərini insan zəkası, azadlığı və hörmətinə qarşı qoymaqlarına gətirib çıxartdı.

Nə üçün biz müsəlmanlar sadəlövh olmalı, bu kimi məsələlərə aldanmalıyıq? Bir gün bu və ya digər bəhanə ilə İslam hökmlərinin insan zəkası ilə uyuşmadığını deyirlər. Başqa bir gün İslamın azadlığa qarşı olduğunu deyirlər. Bir gün İslam insana hörmətə qarşıdır, onun ehtiramını qorumur deyirlər.

Lazımi yerlərdə aydın olmuşdur ki, qəzavətdə heç bir zaman bir cüzi hökmü, həm də onun zahiri tərəfini pislik və ya yaxşılıq üçün ölçü hesab etmək olmaz. Başqa sözlə desək, bu və ya digər hökmün təfərrüatı ilə bağlı pis və ya yaxşı məsələsini ortaya atmaq olmaz. Əksinə, ümumilikdə, bu meyarın növünə nisbətdə nəzərə alınmalıdır. Məcmunu nəzərə almaq və yalnız o zaman qəzavət etmək lazımdır. Nə üçün həqiqətləri görmüş, ləms etmiş, dadmış bir şəxsin, ona nişanələr, aydın dəlillər  göstərilmiş bir şəxsin inkar və inadına hörmətlə yanaşırsınız, onun cəzalandırılmağa layiq olmasını isə kobud, qaba və qeyri-məntiqi rəftar hesab edirsiniz? Günün günorta çağı günəşi danan, inkar edən bir adama dəyər verirsinizmi? Nə üçün mürtədliyi, dindən dönməyi bir növ düşüncə, ona qarşı çıxmağı isə düşüncələrin rəqabət meydanı kimi göstərirsiniz? Mürtəd olmaq bir növ danilmaz bir faktı, inkar edilməsi mümkün olmayan həqiqəti inkar etməkdir. Qeyd edirlər ki, düşüncə meydanına məntiqlə, gözəl dialoqla, tutarlı əsaslandırmalarla daxil olmaq lazımdır. Doğrudur, düşüncə meydanına bu şəkildə daxil olmaq gərəkdir. Amma sual budur ki, əgər bu və ya digər şəxs sözügedən metodu danırsa, siz onunla necə davranacaqsınız? Əgər bir şəxs aksiomaları danırsa və onun bu inkarçılığı başqaları üçün də təhlükə yaradırsa, belə bir vəziyyətdə ağıl nə hökm verir? Mürtəd xəstə bir insandır. Onun xəstəliyi – yəni, nəfsani istəkləri, dünya sevgisi, ehtirasları ucbatından inkar etməsi – başqalarına da keçmək, ümumilikdə bütöv dinə keçmək təhlükəsi ilə qarşı-qarşıyadır. Belə bir insan cəzalandırılmalıdır.

İrad tutanlar “(Ya Peyğəmbər!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (İslama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et” ayəsinə işarə vurmuşlar. Həqiqətən bu ayə mürtədə, dini inkar edənə də aid olurmu? Bu ayə ilə mürtəd arasında nə əlaqə var? Diqqət yetirmisinzimi ki, Allah mürtədin hidayət və bağışlanmaq yolu bağlanan bir şəxs olduğunu buyurmuşdur. Allahın bu qədər sərt, kəskin davrandığı bir şəxs uyğun ayənin əhatəsinə daxil ola bilərmi? Məlumdur ki, bu ayə hələ doğru yola ayaq basmamış, doğru yola yönəldilməli bir insana aiddir. Amma Allahın yolunda olan, inad və nəfsani meyllər üzündən müxalifətə qalxan bir şəxs bu ayənin əhatə dairəsinə daxil olmur. Sizcə, qətl törədən birisini bu ayəyə aid etmək olarmı? Yaxud demək olarmı ki, qatilə qarşı bu üç yoldan birini seçmək lazımdır. Düşünmürəm ki, kimsə belə bir ehtimal irəli sürsün. Belə ki, ümumi xalq kütləsini öldürmək istəyən, bir çoxlarını qətlə yetirən biri ilə moizə, gözəl mübahisə və hikmət vasitəsi ilə danışmaq qənaətində olsun.

Öncə də qeyd etdik ki, mürtədlə bağlı qətl hökmü kimlərisə İslama cəlb etmək məqsədi daşımır. Əksinə, bu müsəlmanların özünə aid olan bir cəza tədbiridir. Bu, müsəlmanların iç məsələsidir. Bunda məqsəd də kafirlərin bu fitnəsinin başqalarına da keçməməsinin qarşısını almaqdır. Lakin mühüm məsələ bundan ibarətdir ki, İslamı təqdim etmək, tanıtmaq üçün bu dinin əhatəli və mükəmməl olduğunu, bütün sahələrlə bağlı proqramı olduğunu, zəkanı, biliyi, əxlaqı, ictimai, siyasi və cəmiyyətin idarəçilik işlərinə müdaxiləni geniş yaymaq kimi cəhətlərini qeyd etmək, xatırlatmaq lazımdır. İslam dininin tanıdılması yolları bunlardır. Nə üçün İslamı tanıtmaq üçün demirsiniz ki, onun “əsli kafir” haqqında, yəni, əvvəldən sonadək öz kafirliyində qalan birisi haqqında belə bir hökmü, yəni qətlinin vacib olması hökmü yoxdur?

 

Dördüncü mehvər: Bu hökm dinin süstləşməsinə səbəb olurmu?

 

Sözügedən hökmə irad tutanlar bildirirlər ki, bu növ hökmlərin çıxarılması, fitvaların verilməsi İslamın süstləşməsinə gətirib çıxarır. Sual budur ki, süstləşməyin meyarı nədir? Bu haqda dörd ehtimal var ki, onların hər biri ayrıca tədqiq edilməlidir:

A) Fərz edək, o əməl dinin süstləşməsinə gətirib çıxara bilər ki, bütün zamanlarda, bütün məkanlarda dünyanın bütün zəkalı insanları onu qəbul etməsinlər, bu onlara xoş gəlməsin. Bu fərzə cavab olaraq deyirik: Birincisi, ağıl sahibləri, zəkalı insanlar heç bir dövrdə, heç bir məkanda bir şəxsin bir milyarddan çox insanın müqəddəslərini təhqir etməyi qəbul etmirlər. Belə bir şəxsi cəzaya layiq görürlər. Onun təhqir və ya inkar etdiyi obyektin müqəddəsliyi nə qədər çox olsa, onun cəzaya layiq olması da bir o qədər kəskinləşir, şiddətlənir. Əgər onun bu təhqiri başqalarının yolunu azmasına, düşmənlərin sui-istifadə etməsinə yol açarsa, məqsədi ümumilikdə dinin kökünü qazımaq və ya zəiflətmək olarsa, ona qarşı daha ciddi ölçü götürməyi lazım bilirlər.

İkincisi, fərz edək ki, zəka sahibləri, aqillər mürtədi və ya Peyğəmbəri (s) söyəni cəzaya layiq hesab etmirlər. Bu halda deyirik ki, qanunverici (Allah-Taala) bu məsələdə (yanıldlqlarına, səhvə yol verdiklərinə görə) onları məzəmmət edir. Qanunverici İslamı qəbul edən, sonra mürtəd olub İslamdan dönmək istəyən insan üçün ağır cəza nəzərdə tutmuşdur. Amma öz kafirliyində qalan əsl kafiri dünyəvi cəzaya layiq hesab etməmişdir.

Bu ümumi bir qaydadır. Qanunverici (Allah) bəzi hallarda aqilləri, zəkalıları (yanıldlqlarına, səhvə yol verdiklərinə görə) məzəmmət edə, danlaq obyektinə çevirə bilər. Üsul elmi ilə tanış olan hər bir şəxs bu məsələdən xəbərdardır. Bu qaydaya qarşı çıxan bir nəfər belə yoxdur. Bəli qanunverici ağılın hökmünü danlaq obyektinə çevirə bilməz və bu, ağıl ilə aqillərin ayrıldığı məqamlardan biridir. Ali üsul dərslərində bu haqda təfsilatlı söhbət açılmışdır.

B) Fərz edək, dinin süstləşməsinin meyarı elə bir əməldir ki, insan təbiətinə, insan xarakterinə uyğun deyil. İnsan nəfsi ona qarşı nifrət, ikrah hissi duyur. Bu fərzlə bağlı deyirik ki, heç bir insanın təbiəti mürtədi cəzalandırmağa, ən pak, ən şərafətli insanı söyəni cəzalandırmağa nifrət hissi duymur və bu aydındır.

C) Fərz edək, dinin süstləşməsinin meyarı elə bir əməl və ya sözdür ki, qeyri-dindar insanların meylinə uyğun deyil. Bu fərzin nəticəsi bu olur ki, İslam hökmlərinin böyük əksəriyyətini – ibadətləri, hüquq sistemini, ticari əlaqələri, siyasi düşüncələrini, hətta bəzi əxlaqi məsələləri dinin süstləşdirici səbəbi hesab edək. Hətta yaxşılığa dəvət və pisliyə qadağanı başqalarının işinə müdaxilə kimi qiymətləndirək. Dinin süstləşməsinə səbəb kimi göstərək. O zaman Allah yolunda cihad etməyi, şəhid olmağı da dini süsləştdirici səbəb olaraq dəyərləndirək.

D) Fərz edək ki, dinin süstləşməsinin meyarı heç bir əqli və ya nəqli izahı olmayan əməldir. Fikrimizcə, dinin süsləşdirilməsi haqqında bu fərz doğrudur. Biz burada sübuta yetirdik ki, mürtədin və Peyğəmbəri (s) söyənin qətl hökmü ilə bağlı tutarlı əqli və nəqli dəlillər mövcuddur. Əqli baxımdan yanaşdıqda bu, insanın bütün vücudu ondan mənşə alan xaliq və maliki inkar etməkdir. Bu, dünyəvi cəzaya layiq olmaq üçün bəs edəcək mövzudur. Ağıl dərk edir ki, Allah-Taala öz məxluqu olan insan üçün belə bir hökm çıxara bilər. Allahın belə bir hökm çıxardığı təqdirdə onda heç bir qəbahətli, pis cəhət görmür. Başqa sözlə desək, bu bəhsdə başlıca sual budur ki, ağıl baxımından Allah belə bir hökm çıxara bilər yoxsa, yox? Mürtədliyin hökmünü inkar edən bəziləri buna meyllidirlər. Bir halda ki, əgər əqli hökmlərdə bütün meyarların ədalətin yaxşı və zülmün pis olması üzərində qurulmasını qəbul etsək, – İmam Xomeyni bəzi üsul elmi məsələlərdə “təəmmül”etmişdir (yəni bu məsələdə fitva verməməşdir, lakin müsbət yaxud mənfi fikir olması mümkündür – mürtədin  və Peyğəmbəri (s) söyənin qətlinin vacib olması hökmündə ağıl heç bir qəbahət, heç bir zülm təsəvvür və dərk etmir. Ağıl bunu dərk edir ki, əgər Allah bəşərin həqiqi maliki olaraq belə bir hökm versə, onun tərəfindən heç bir zülm edilməmişdir. Düzgün hökmdür və ağıl onu “sübut” məqamında dərk edir. “İsbat” məqamına münasibətdə də cəzaya layiq olmağın özünü qəbul edir. Nəqli dəlillərə görə də qanunverici (Allah) hökmün növünü bəyan etmişdir.

Dinin süstləşməsi məsələsində nəzərdən qaçırdıqları mühüm bir məsələ budur ki, bu məsələ çətinlik, zərurət, zərər, təqiyyə və s. kimi ikinci dərəcəli məsələdir. Öz yerində sübuta yetirilmişdir ki, bu kimi məsələlər bütün hallarda, bütün nümunələrdə etibarlı deyil. Misal üçün, əgər təqiyyə məsələsində qan məsələsindən söhbət gedərsə, artıq onun etibarı yoxdur. Dinin süstləşməsi məsələsində də belədir. Misal üçün, kafirlərlə sərt davranma hallarında, müşriklərin qətlə yetirilməsi hallarında bu məsələdən söhbət gedə bilməz. Yəni, heç bir fəqih deyə bilməz ki, əgər müşrikləri öldürmək dinin süstləşməsinə səbəb olursa, artıq onların öldürülməsi vacib deyil. Fiqhlə tanış olanlar bu məsələni ən yaxşı şəkildə təsdiq edərlər. Demək, mürtəd haqqında da məsələ bu qəbildəndir. Bəli, daşqalaq hökmü dinin süstləşməsinə səbəb olarsa, müvəqqəti olaraq onu aradan qaldırmaq olar. Amma mahiyyət etibarı ilə kökündə kafirlərlə, azğınlarla sərt davranmaq dayanan və kafir və müşriklərin narahat olduğu, nifrət və uzaqlamasına səbəb olan bir hökmü bu adla məhdudlaşdırmaq olmaz.

 

Beşinci mehvər: Cəza tədbirlərinin icrası məsumun (ə) olması ilə şərtlənirmi?

 

Onlar deyirlər ki, bəzi böyük və görkəmli fəqihlər cəza tədbirlərinin və ibtidai cihadın icrasında Peyğəmbərin (s) və ya məsum imamın (ə) həyatda olmasını şərt hesab etmişlər. Bizim fikrimizcə, bu məsələ həqiqətdən uzaqdır. Həqiqət bunun tam əksidir. Ən məşhur qədim alimlər uyğun hökmün qeybət dövründə şəriətə uyğun və icazəli olduğu qənaətində olmuşlar. Belələrindən aşağıdakıların adını çəkmək olar: Şeyx Müfid (“Muqniə”, səh. 810), Səllar (“Mərasim”, səh. 260), Əbu Səlah Hələbi (“Kafi”, səh. 421), İbn Zöhrə (“Ğünyətun-nüzu”, 436), İbn Səid (“Cameuş-şərai”, səh. 5468), Şeyx Tusi “Məbsut” əsərində aydın şəkildə, “Nihayə” əsərində isə dolayısı ilə (“Nihayə”, səh. 301), Əllamə Hilli (“Təhrir”, c. 2, səh. 242; “Qəvaid”, c. 1, səh. 525; “İrşad”, c. 1, səh. 352; “Təbsirə”, səh. 90; “Müxtələf”, c. 4, səh. 478), Şəhid əvvəl (“Dürus”, cə 2, səh. 47), Mühəqqiq Sani ( “Şərainin haşiyəsi”), Şəhid Sani (“Məsalikul-əfham”), Fazil Miqdad ( “Tənqihur-rai”). Bəli, İbn İdrisin “Sərair” kitabındakı bəzi ibarələrindən müxalif mövqedən çıxış etdiyi aydın olur. Bəzi fəqihlər, misal üçün, Seyməri (“Qayətul-məram”), İbn Fəhd (“Məhzəbul-bari”) də onun bu müxalifliyini başa düşmüşlər. Amma mərhum Seyid Məhəmməd Baqir Şəftinin “İqamətul-hüdud fi zəmənil-ğeybət” risaləsində (səh. 144) qeyd etdiyi kimi, “Sərair” kitabının son ibarələrindən aydın olur ki, İbn İdris də məşhur alimlər kimi müvafiqlərdəndir. Sözügedən kitabın son ibarələrindən nəinki bunun icazəli olması, hətta İbn İdrisin bu hökmdə israrlı olması anlaşılır. Sual budur ki, hansı əsasla böyük fəqihlərin əksəriyyətinin cəza tədbirlərinin icrası üçün məsumların (ə) sağ olmasını şərt hesab etdikləri iddia edilmişdir? Mühəqqiq Hilli də “Şərai” və “Müxtəsər” kitablarında müxaliflərdən yox, müvafiqlərdəndir. Mərhum Mühəqqiq Xoyi, Mühəqqiq Xonsari (Seyid Əhməd) Mühəqqiq Hilli və İbn İdrisi də müvafiqlərdən hesab etmişlər. Elə isə görkəmli fəqihlər deyərkən kimi nəzərdə tuturlar? Bütün dövrlərin fəqihliyinin mehvəri olan “Cəvahir” kitabınının müəllifi yazır: “Bu məsələdə müxalif fikir tapmadım”.[29]

 

Altıncı mehvər: Mürtədin qətlinin vacibliyi rəhmət peyğəmbəri olmaqla uyğun gəlirmi?

 

Sözügedən hökmə irad tutanlar bildirmişlər ki, bu kimi fitvalar rəhmət peyğəmbəri olmaqla necə uyğun gəlir?

Etiketlər :