Sualınızı soruşun

19 April 2024 Saat 03:12

Salamun aleykum Lütfən təyəmmüm almağın düzgün qaydasını bəyan edərdiniz

پاسخ :

 

Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab:

Dəstəmaz, ya qüsl əvəzi edİlən təyəmmümün qaydaları:

Dəstəmaz, ya qüsl əvəzindən edilən təyəmmümdə dörd şey vacibdir:

1. Niyyət;

2. İki əlin içini üzərinə təyəmmüm etmək səhih olan şeyə vurmaq; Ehtiyat vacibə əsasən, əllərin içi birlikdə yerə vurulmalıdır.

3. Hər iki əlin içini bütövlükdə alına və onun iki tərəfinə, başın tükü bitən yerdən qaşlara və burunun yuxarısına qədər çəkmək. Vacib ehtiyata əsasən, əllər qaşların üstünə də çəkilməlidir.

4. Sol əlin içini sağ əlin tamamilə arxasına çəkmək, ondan sonra sağ əlin içini sol əlin tamamilə arxasına çəkmək.

Müstəhəbb ehtiyat budur ki, istər dəstəmaz, istərsə də qüsl əvəzi olan təyəmmüm bu tərtiblə yerinə yetirilsin: Əllərin içini bir dəfə yerə vurub alına və əllərin arxasına çəksin, yenidən bir dəfə də yerə vurub əllərin arxasına çəksin.

Əgər alın, ya əllərin arxasından bir az yeri belə məsh etməsə – istər qəsdən, istərsə də məsələni bilmədiyinə görə, ya unutmaq üzərindən təyəmmüm batildir. Lakin həddindən artıq diqqət etmək də lazım deyildir: Elə “Bütün alın və əllərin arxasını məsh edib” deyiləcək qədər olsa, kifayətdir.

Əlin arxasına bütünlüklə məsh etdiyinə əmin olmaq üçün, biləkdən bir az yuxarıdan məsh etməlidir. Lakin barmaqların arasına məsh etmək lazım deyil.

Alın və əllərin arxası yuxarıdan aşağı istiqamətdə məsh edilməli və bu işlər ardıcıl, fasiləsiz icra olunmalıdır. Əgər onların arasında “təyəmmüm etmir” deyiləcək qədər fasilə olsa, təyəmmüm batildir.

Niyyət edərkən onun dəstəmaz, yoxsa qüsl əvəzində olduğunu müəyyən etməlidir; əgər qüsl əvəzindədirsə, o qüsl də müəyyən edilməlidir. Onun icmali (xülasə) şəkildə müəyyən edilməsi, məsələn, “Əvvəlcə, yaxud ikinci mərtəbədə vacib olan bir şeydən əvəz olaraq təyəmmüm edirəm” deyə niyyət etsə kifayət edər. Əgər ona bir təyəmmüm vacib olmuşdursa və hal-hazırdakı öz vəzifəsini yerinə yetirməyi qəsd etsə, onun müəyyən olunmasında səhvə yol versə də, təyəmmümü səhihdir.

Əgər alın, ya əllərin üstü yaradırsa və yaraya bağlanmış parça, yaxud başqa bir şeyi açmaq da olmursa, əlləri onun üzərindən çəkmək lazımdır. Həmçinin, əllərin içində yara olsa və onlara bağlanmış parça, ya başqa bir şeyi açmaq olmursa, vacib ehtiyata əsasən, həmin sarıqlı əli üzərinə təyəmmüm etmək səhih olan şeyə vurmalı, alına və əllərin arxasına çəkməlidir və Həmçinin, əllərin arxasına təyəmmüm etməlidir.

Əgər təyəmmüm əsnasında bir hissəni unudub-unutmamasında şəkk etsə, bu halda əgər onun məhəlli keçibsə, şəkkə etina etməməli, əgər məhəlli keçməyibsə, həmin hissəyə təyəmmüm etməlidir.

 

کلمات کلیدی :

Təyəmmüm almağın qaydası

۲,۵۶۱